Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mükafatı laureatları elan olunacaq.
Mediainfo.az Nobel mükafatının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.
Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.
Qeyd edək ki, 2019-cu il üzrə Nobel mükafatları laureatlarının elan olunması maraqlı bir özəlliklə fərqlənəcək. Belə ki, bu il həm 2018, həm də 2019-cu illər üzrə ədəbiyyat laureatların adları elan olacaq. Bu hal onunla bağlıdır ki, keçən il, Nobel mükafatını təqdim edən orqan İsveç Akademiyasında baş vermiş qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmən il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salması haqda qərar verilib.
Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi 10 dekabr tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholm və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi













































.jpg)





