Məhəbbət Vəliyeva: "Uşaqların təhsilində valideynlərin rolu aşağı səviyyədədir"

Məhəbbət Vəliyeva: "Uşaqların təhsilində valideynlərin rolu aşağı səviyyədədir"

"Məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı şagirdlərin təlim nailiyyətlərinə ciddi təsir göstərir".

Mediainfo.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, məkətəbəqədər təhsil uşaqların gələcək inkişafına çox yüksək təsir göstərir: "Evdəki təhsil mühiti də uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir. Təəssüf ki, bu göstəricilər üzrə də ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Təəssüf ki, bu göstərici də ölkəmizdə aşağı səviyyədədir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az