Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan "Müasir kimyanın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan Mediainfo.az-a bildirilib ki, konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin yaradılmasıdır. Tədbirdə, həmçinin kimyanın tədrisi problemləri və yeni yanaşmalar müzakirə olunacaq.
Konfrans "Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri", "Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası", "Ekologiya və enerji problemlərinin həllində "yasıl kimya", "Aqrokimya və farmokimyanın aktual problemləri", "Nanotexnologiyalar", "Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazı modelləşdirilməsi", "Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər" və "Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası)" bölmələri üzrə təşkil ediləcək.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















