Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı, publisist İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş mühazirə, disput, dəyirmi masa, seminar və ədəbi-bədii gecələr təşkil edilib. Eləcə də yazıçıya həsr olunan fotostendlər, bülletenlər hazırlanıb, guşələr yaradılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Məktəb kitabxanalarında İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparılıb.
Tədbirlərdə Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.
Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.
Tədbirlərdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarxlar nümayiş olunub. Həmçinin şagirdlərin ifasında ədibin əsərlərindən epizodlar səhnələşdirilib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















