Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib. Nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.
Qalib namizədlər Rumıniyanın "University Oil Gas Ploiesti" və "University of Bucharest" ali təhsil müəssisəsilərində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 27 fevral tarixində elan verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































