Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.
Mediainfo.az-ın məlumatına görə, Azərbaycanın ən mahir və tanınmış pianoçusu, Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur "Mezzo" musiqi telekanalında ilk çıxış edən Azərbaycanlı musiqiçi bu günə kimi dünyanın məhşur kollektivləri ilə bir səhnəni bölüşüb.
Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatorioyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı Monreal Universitetində elmi fəaliyyətini davam etdirir. Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. Bu möhtəşəm musiqi tandeminin birgə ifalarından zövq alamaq istəyən hər kəsi 25 sentyabr tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gözləyirik. Biletləri Ticket.az dan əldə etmək mümkündür.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































