Sentyabrın 28-dən oktyabrın 4-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə "El sənəti" I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, festival çərçivəsində sentyabrın 29 və 30-da "İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri" adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən təşkil olunan festival və konqres məhz "Nəsimi ili"-ə həsr edilib.
İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.
"İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri" konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Konqresin gündəliyinə əsasən, tədbirdə aşağıda qeyd olunan istiqamətlərdə geniş diskussiyalar təşkil olunacaq:
Bədii toxuculuq – tekstil, xalça sənəti, kəlağayı və s.
Bədii metalişləmə – zərgərlik sənəti, misgərlik və s.
Bədii oyma sənəti – daş, ağac və s.
İki gün davam edəcək konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub. Konqresin gedişatında Azərbaycan, ərəb və ingilis dillərindən istifadə olunacaq.
"İçərişəhər" DTMQİ ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) arasında qarşılıqlı əməkdaşlığa dair 2018-ci il noyabrın 26-da İstanbul şəhərində müqavilə, cari ilin 2 may tarixində isə Bakıda memorandum imzalanıb.
Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































