Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub.
Mediainfo.az-ın məlumatına götə, 19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirin ilk günü keçirilib.
Sentyabrın 19-da "Avropa İrs Günləri" layihəsinin qeyd olunması məqsədi ilə qoruqlarda "Açıq qapı" günü təşkil olunub.
Tədbirdə çıxış edən qoruğun direktoru Vüqar İsayev bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur: "Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, "Açıq qapı" günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək və milli-mədəni irsi təbliğ etməkdir".
Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır.
Tədbirdə fəxri qonaq kimi çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















