Bakıda “44” bədii filminin premyerası oldu – Detallar
13 Oktyabr 13:38
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Əzizbəyli "Hər şey daxil" proqramının qonağı olub.
Mediainfo.az xəbər verir ki, qızının evindən təqdim olunan sujetdə məşhur aktyor səhhəti barədə danışıb.
O, 9 aydır hərəkətsiz olduğunu, övladının ona baxdığını bildirib. Xalq artisti Heydər Əliyev Fondu tərəfindən mənzilinin təmir olunduğunu da qeyd edib:
"Mehriban xanım Əliyeva evimi təmir etdirir. Ölməsəm, sağ qalsam evimə köçəcəm. Həyətimdə də işlər aparılır".
Qeyd edək ki, bir müddət əvvəl Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədilə Xalq artistinə avtomobil hədiyyə olunub.
Mediainfo.az