"Təhsil haqlarının ödənilməsi ilə bağlı ayrıca qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirik. Bununla bağlı hazırda "Təhsil kreditləri haqqında" qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir".
Mediainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub:
"Təhsil haqlarının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri sayırıq. Bu istiqamətdə iş aparırıq. "Ali təhsil haqqında "qanun layihəsini bitirdikdən sonra "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini də hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















