Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) Ümumi yığıncağı keçirilib.
Akademiyadan Mediainfo.az-a verilən məlumata görə, öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İEB-in gündəliyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti ümumi yığıncaqda bölməyə daxil olan akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayıb. Namizədlərin öz fərqli və qabaqcıl elmi araşdırmaları ilə seçildiyini deyən akademik İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna seçkilərin institutların elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində olduğunu nəzərə çatdırıb, nəticələrin İctimai Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.
Ümumi yığıncaqda akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.
Hesablayıcı komissiyanın bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə yaradıldığını deyən akademik İEB-in bugünkü iclasında seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.
Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutu və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.
Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
























.jpg)
.jpg)










.jpg)


















