Azərbaycanda daha bir imkansız tələbənin təhsil haqqı ödənilib

Azərbaycanda daha bir imkansız tələbənin təhsil haqqı ödənilib

Azərbaycanda daha bir imkansız tələbənin təhsil haqqı ödənilib.

Nəsibə Babayeva adlı xanım Bakı Biznes və Kooperasiya Kollecinə daxil olsa da, təhsil haqqını ödəməyə imkanı olmayıb.

O, bu barədə sosial mediada paylaşım edib. Bundan sonra Emin Tarverdiyev sosial şəbəkə vasitəsi ilə müraciət edərək, Nəsibə Babayevaya kömək etməyi xahiş edib. Bir gün ərzində 950 manat təhsil haqqı toplanıb. Bu gün isə Emin Tarverdiyevin iştirakı ilə təhsil haqqı ödənilib və Nəsibə Babayeva Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi olub. Toplanmış əlavə 100 manat gənc tələbəyə verilib.

Qeyd edək ki, Nəsibə Babayevanın atası həbsxanadadır, anası isə xəstədir. Bir müddət əvvəl onların evləri yanıb və bu səbəbdən kirayədə yaşayırlar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az