Nazirlik xəbərdarlıq edir: Güclü külək əsəcək

Nazirlik xəbərdarlıq edir: Güclü külək əsəcək

"Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb. Düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49%-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub.

U. Tağıyevanın sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır.

ETSN rəsmisi qeyd edib ki, sabah, avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək: "Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az