"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən "Səhra mətbəxi" müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.
Mediainfo.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər.
Hakimlərin qərarına əsasən 281 balla Azərbaycan birinci, 269 balla Qazaxıstan ikinci və 244 balla Monqolustan üçüncü yerdə qərarlaşıb.
"Səhra mətbəxi" müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar.
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
















































.jpg)


