Təhsil Nazirliyi "Ümumi təhsilin dövlət standartları" sənədinin təkmilləşdirilmiş layihə variantını ictimai müzakirəyə təqdim edir.
Mediainfo.az-ın verdiyi xəbərə görə layihə sənədi ilə bağlı rəy və təklifləri 2 ay müddətində [email protected] elektron poçt ünvanına göndərmək olar.
Qeyd edək ki, "Ümumi təhsilin dövlət standartları" sənədinin ilkin layihə variantı 2016-cı ilin noyabrında nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimai müzakirəyə təqdim edilib. Ötən müddət ərzində layihə sənədi pedaqoji kollektivlərdə, ekspert qruplarında, təhsil sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarında müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib. Eyni zamanda, 2018-ci ilin iyulunda təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"ndə və 2019-cu ilin martında qəbul edilmiş "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş müddəalar nəzərə alınmaqla sənəd yenidən işlənilərək təkmilləşdirilib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















