Avropada rekord dərəcəyə çatan istilər tufanlı hava və leysan yağışlarla əvəzlənib.
Alp dağlarının Fransa hissəsində temperatur on dərəcə düşüb, "Tur de Frans" veloyürüşünün iştirakçılarının yolunu isə palçıq seli kəsib. Kölgədə 40 dərəcəni üstələyən temperatur rekordlarından sonra 30 dərəcə Fransada çoxdan gözlənilən sərin hava kimi qəbul edilir. Mütəxəssislərin sözlərinə görə, təhlükə rəqəmlərdə deyil, dəyişikliklərin sürətindədir.
Dünya Meteorologiya Təşkilatının təmsilçisi Kler Nullis deyib: "Adətən yeni rekord müəyyən olunanda, fərq bir dərəcənin ondabir hissəsini təşkil edir, bu dəfə isə biz tam iki, üç, dörd dərəcə artım görürük. İnanılmazdır".
BMT nümayəndəsinin sözlərinə görə, yaranmış meyillər narahatlıq doğurur: belə gedərsə, əsrin ortalarında oxşar hallar hər iki ildən bir təkrar olunacaq.
Fermerlər həyəcan təbili çalırlar: dalbadal ikinci ildir ki, Avropada yay isti və quraq keçir. Yeraltı suların səviyyəsi azaldığına görə taxıl bitkiləri vaxtından əvvəl quruyur, əkin sahələri sıradan çıxır, ağac və kolluqlar xəstəliklərə və ziyanvericilərə qarşı müqavimət göstərə bilmir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















