Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sabirabad rayonunun Balakənd kənd sakini, sağlamlıq imkanları məhdud gənc yazar Elsevər Qəlbiqəmin (Əliyevin) "Ömürdən keçən illər" adlı ilk şeirlər kitabının təqdimatı olub.
Medianfo.az-ın verdiyi xəbərə görə, Vətənə, torpağa məhəbbət ruhunda yazılmış, ülvi dəyərləri təbliğ edən, tərbiyəvi və düşündürücü şeirlərdən ibarət olan kitab millət vəkili Elçin Quliyevin təşəbbüsü ilə işıq üzü görüb.
Sabirabad rayon Gənclər Mərkəzində təşkil olunan təqdimat tədbirində millət vəkilləri, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, sənət adamları, jurnalistlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər dövlət tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud gənclərə və uşaqlara göstərilən qayğıdan bəhs ediblər. Onlar sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün həyata keçirilən tədbirlərin önəmini vurğulayıblar.
Tədbir iştirakçıları E.Qəlbiqəmi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
E.Qəlbiqəmin atası Məhərrəm Əliyev kitabın çapında və bu tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Sonda gənc yazar çıxış edərək, onun yaradıcılığına verilən dəstəyə, həmçinin bu tədbirin keçirilməsinə, onun barəsində səslənən xoş fikirlərə görə minnətdarlığını ifadə edib.

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Sağlamlıq imkanları məhdud gənc yazarın ilk şeirlər kitabı təqdim olunub

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az