Nyu-York Federal Məhkəməsində Rza Zərrab işində adı hallanan və 32 ay azadlıqdan məhrum edilmiş türk iş adamı, "Xalq Bank" sədrinin köməkçisi Mehmet Hakan Atilla bu gün Ankaraya təhvil veriləcək.
Pensilvaniya həbsxanasında cəza müddətini başa vuran Hakan Atilla haqda deportasiya qərarı verilib.
ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilən Hakan Atilla 2018-ci il mayın 16-da 32 ay azadlıqdan məhrum edilmişdi.
Məhkəmə iş adamının həbsxanada qaldığı 14 aylıq müddətin verilən cəzadan çıxılmasına və 500 dollar cərimə edilməsinə qərar vermişdi.
Atillanın bundan əvvəl adının hansısa cinayətdə hallanmaması səbəbindən erkən azadlığa buraxıldığı bildirilib.
Onun adı İrana tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunmuş Azərbaycan əsilli iş adamı Rza Zərrabla işbirliyində olduğu iddia edilirdi.
Türkiyə hökuməti uzun müddətdir Hakan Atillanın Ankaraya təhvil verilməsini tələb edirdi. Teleqraf
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































