Şair, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayeva vəfat edib.
Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olub. Burada 2 saylı şəhər orta məktəbini bitirib. 1953-57-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.
Naxçıvanda orta məktəbdə müəllim işləyib. 2002-2005-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri, həm də həmin illərdə "Ümid çırağı" jurnalının baş redaktoru olub.
İlk mətbu şeiri – "Hilal olaydım" 1957-ci ildə "Azərbaycan" jurnalında dərc edilib. Fransız dilindən poetik tərcümələr edib. Onun "Məhsəti", "İsmət", "O, bizim dağların oğludur", "Mənim tanrım gözəllikdir, sevgidir", "Apardı sellər Saranı", "Göyçək Fatma", "Tıq-tıq xanım", "Məlikməhəmməd" və "Sirli sözlər" pyesləri tamaşaya qoyulub, efirdə səslənib. Əsərləri xarici dillərinə tərcümə olunub.
Kəmalə Ağayeva Fransa şairlərindən Pol Elüar, Pol Verleni, L.Araqon və b. tərcümə edib.
Dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olub.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















