Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.
Nazir eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə cənab Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 22 iyun 2019-cu il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü, dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.
S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































