"İyul ayı respublikamızda ən isti aydır, ona görə də nisbətən belə sərin hava bu ay üçün səciyyəvi deyil".
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Apa-ya deyib.
O bildirib ki, adətən iyul ayında temperatur 40 dərəcəyədək yüksəlir: "2010-cu il iyulun 12-də və 2011-ci il iyulun 22-də Bakıda temperaturun maksimum həddi 40 dərəcə olub. 2018-ci il iyulun 1-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin gün havanın maksimal temperaturu 42.7 dərəcə isti təşkil edib ki, bu da rekord həddini, yəni mütləq maksimumu keçib".
U. Tağıyevanın sözlərinə görə, iyul ayında Bakıda ən sərin hava 1918-ci ildə, ayın 30-da qeydə alınıb: "Həmin gün havanın minimal temperaturu 12.2 dərəcə isti olub".
ETSN rəsmisi qeyd edib ki, 2012-ci il iyulun 15-də Bakıda güclü leysan yağışı yağış, sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb: "2016-cı il iyulun 23-də Bakıda şimal küləyinin maksimal sürəti 28 m/s, arabir 30-35 m/s-dək çatıb".
Qeyd edək ki, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















