UNESKO-nun Ümumdünya İrs Komitəsi müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirərək dialoq şəraitində mədəni irs nümunələrini mühafizə etmək və gələcək nəsillərə ötürmək rolunu çox məharətlə həyata keçirir.
Bu fikri UNESKO-nun Bakı sessiyasının iştirakçısı, Almaniyanın Arxeologiya və Texnologiya İnstitutunun professoru Helmut Albrext söyləyib.
O bildirib ki, Almaniya və Çexiya sərhədində yerləşən və səkkiz əsrdən çox yaşı olan Ergebirge Krosnohori mədən regionunun Ümumdünya İrs Siyahısına salınması üçün birgə nominasiya layihəsi üzərində 19 ildir səylə iş aparılır. "Bu kompleks bir layihə idi, ancaq biz 2003-cü ildən başlayaraq Çexiya ilə əməkdaşlıq edərək bunun öhdəsindən gələ bildik. Bu gün bu layihənin ölkələrimizin ümumi tarixi və mədəni irs nümunəsi kimi Dünya İrs Siyahısına salınmasına çox sevinirik", - deyə qonaq qeyd edib.
Helmut Albrext vurğulayıb ki, UNESKO-nun Bakı sessiyası yüksək səviyyədə təşkil olunub. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir. O, Azərbaycan hökumətinə, xüsusilə də Mədəniyyət Nazirliyinə belə mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.Azərtac
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















