İllərdir adı ilə bağlı problemlər yaşayan Şəbnəm Tapdıq adını dəyişib.
Bu barədə Ş.Tapdıq özü məlumat verib. O, Bildirib ki, bundan sonra onun adı İlk Şəbnəm olacaq:
"Mən 40 ildir ki, sənətdəyəm. Bu sənətə gələndə də Şəbnəm adı ilk məndə olub. Daha sonralar incəsənətdə Şəbnəm adı çoxaldı. Mən də onlardan fərqlənmək üçün adımı patentləşdirməyə qərar verdim. Yəni Şəbnəm adımı dəyişib İlk Şəbnəm qoydum. Bütün televiziya və radiolara rəsmi ərizə yazıb bildirdim ki, mənimlə bağlı hər hansısa bir məlumat və ya ifalarım səslənərsə, adımı İlk Şəbnəm Tapdıq söyləsinlər. Qoy, sənətdə olanlar Şəbnəm olsunlar, mən də İlk Şəbnəm olum".
Qeyd edək ki, müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Ş. Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə vərəcəyini deyib.
Məlumat üçün bildirək ki, müğənni Şəbnəm Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etirazını bildirib. Hətta bununla bağlı Milli Televiziya və Radio Şurasının sədrinə məktub ünvanlayıb. (oxu.az)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















