Yaqub Mahmudov Beynəlxalq Türk Akademiyasının da həqiqi üzvü seçildi

Yaqub Mahmudov Beynəlxalq Türk Akademiyasının da həqiqi üzvü seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə Akademiyanın "Beynəlxalq Qızıl Ulduz" medalına layiq görülüb.

Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şuranın iclasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə Akademiyanın diplomunu, "Beynəlxalq Qızıl Ulduz" medalı və vəsiqəsini, mantiyanı Yaqub Mahmudova təqdim edib.

E.İsgəndərzadə deyib ki, Akademiyanın medalına türk dünyasının çox məşhur insanları Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər: "Azərbaycandan Akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz Ramiz Mehdiyev, Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə və başqaları seçiliblər. Yaqub Mahmudov 1000-dən çox elmi əsərin müəllifidir, onun 15 cildlik "Seçilmiş əsərləri" var. O, milli-azadlıq hərəkatının gerçək qəhrəmanlarından biridir".

Tarixçi alim təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkür edərək bildirib ki, bu, yalnız ona yox, həm də Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir. O, Akademiyaya ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı hədiyyə edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az