İyunun 28-də Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşların müraciətləri əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı olub.
Qəbuldan sonra Təhsil naziri Ceyhun Bayramov Şəki şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının tikinti işləri ilə tanış olub. Bildirilib ki, yeni tədris binası 960 şagird yerlikdir, təhsil müəssisəsinin növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































