"Azərbaycanın "ASAN xidmət" modeli digər ölkələr üçün gözəl nümunədir".
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin deyib. Liu Cenmin BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu forumun dövlət xidmətlərinin təşviqi baxımından əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin işini yüksək qiymətləndirib. Bu xidmətlər vasitəsilə vətəndaşlarla məmurlar arasında asan və rahat ünsiyyətin təmin olunduğunu deyib.
"BMT Azərbaycanın uğurlu ASAN modelini yüksək qiymətləndirir. "ASAN xidmət"in təklif etdiyi səmərəli dövlət xidmətləri, innovativ transformasiya vasitəsilə 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır. Bu xidmətin nəticəsi olaraq formalaşmış dövlət-vətəndaş münasibətləri digər ölkələr üçün gözəl nümunədir", - deyə BMT Baş katibinin müavini vurğulayıb.
Liu Cenmin BMT-nin 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə çatmaq istiqamətində Azərbaycanın bütün səylərini dəstəkləyəcəyini və ölkəmizlə əməkdaşlıq etmək əzmində olduğunu bildirib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















