Sabah Azərbaycanda 38-40 dərəcə isti gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba): Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx): Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































