Sabah Bakıda 30-32, rayonlarda 35-38 dərəcə isti gözlənilir.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 22-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 20-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 22-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































