Tacikistanda Mərkəzi Asiyanın ən böyük məscidi inşa edilir.
Məscidin layihəsini tacik və ərəb memarları hazırlayıb. Tikintidə tacik memarlıq üslubundan geniş istifadə olunur. On iki hektar ərazidə yerləşən məsciddə 75 metr hündürlükdə dörd minarə, 47 metrlik baş günbəz və 20 kiçik günbəz olacaq. Məsciddə muzey, kitabxana, konfrans salonu, qadınlar və kişilər üçün tədris zalları fəaliyyət göstərəcək. Məscidin ümumi sahəsi 30 min kvadrat metr olacaq.
Hazırda tikintidə 300 tacik və xarici mütəxəssis çalışır. Layihənin qiyməti 100 milyon dollardır. Məsciddə eyni vaxtda 120 min dindar ibadət edə biləcək.Azərtac
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































