Bakıdan Qubaya təşkil edilən 5 günlük səyahət üçün müəyyən edilən qiymət şok yaradıb.
Tur şirkətlərindən biri 3200 manata Qubaya 5 günlük səyahət təklif edir. Səyahət qiymətinin bu qədər yüksək olmasının səbəbi şirkətin təklif etdiyi xidmətlərdir.
Belə ki, şirkət səyahət sevərləri Qubaya "Hummer H2" (limuzin) avtomobilində aparır. Xidmətlərə həmçinin gün ərzində 6 dəfə qidalanma da daxildir.
Qonaqlar 5 ulduzlu oteldə yerləşdirilir və qolf oyunu, tenis və futbol meydançalarından ödənişsiz istifadə imkanı əldə edir.
Həmçinin xidmətlərə cakkuzi, hovuz, sauna, massaj, bovlinq, atıcılıq da daxildir.
Şirkətdən bildiriblər ki, qiymətin yüksək olmasına baxmayaraq, səyahət üçün müraciət edənlər var. Axar.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































