Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Mediainfo.az-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































