Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü gəncləri və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu əməkdaşlarının iştirakı ilə Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Daşgil Palçıq Vulkanı ETSN-nin Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır.
İməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.
Nazirlik vətəndaşlara müraciət edir ki, Daşgil Palçıq Vulkanı ərazisini tullantılarla çirkləndirməsinlər, əraziyə gedərkən ətrafı təmiz saxlasınlar.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































