Kərə yağı mətbəximizdə ən çox istifadə edilən qidalar sırasındadır. Təbii kərə yağının bədənə faydası əvəzsizdir.
Bəs əsl kərə yağını necə müəyyən etmək olar?
Mediainfo.az Publika.az-a istinadən təbii kərə yağını saxtasından ayırmağın üsullarını təqdim edir.
Kərə yağından kiçik bir hissəni götürüb isti suyun içərisinə atın. Həqiqi kərə yağı bir parça şəklində kiçilərək əriyəcək. Əgər yağ hissələrə ayrılaraq əriyirsə, demək həqiqi deyil.
Əsl kərə yağı otaq temperaturunda tam əriməz, sadəcə yumşalar. Nə qədər yumşalsa da, forması dəyişməz. Əksi prosesi müşahidə etsəniz demək yediyiniz həqiqi kərə yağı deyil.
Əsl kərə yağını soyuducudan çıxaran kimi kəsməkdə çətinlik çəkə bilərsiniz. Lakin kəsərkən yağda çatlar yaranırsa, demək təbii deyil.
Sarı kərə yağı daha təbiidir. Lakin ağ rəngdə də kərə yağı ola bilər. Bu yağ hazırlanarkən istifadə edilən heyvanın südündən asılıdır.
Kərə yağını tavada əridəndə üzərində şarlar yaranmaz və köpüklənməzsə demək həqiqi kərə yağı deyil.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















