Əvvəlcədən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib.
Mediianfo.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.
Ən çox düşən yağıntının miqdarı: Oğuzda 44 (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 (39 faiz), Zaqatalada 33 (26 faiz), Xınalıqda 25, İsmayıllıda 22, Göyçayda 21 (34 faiz), Qəbələdə 19, Sarıbaşda (Qax) 18, Xaltanda 15, Qırızda 13, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1-8 mm olub.
Külək: Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.
Dolu: Şəkinin Əyriçay məntəqəsində diametri 34, Dəhnə kəndi, Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































