Bu gün İran İslam Şurası Məclisində (Parlament) xarici vətəndaşlarla ailə quran iranlı qadınların uşaqlarına vətəndaşlıq verilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Müzakirələrdə İranın ailə, qadın və uşaq məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikat da iştirak edib.
Deputat Mahmud Rəhimi Cahanabadi bildirib ki, bu qanun layihəsi İran qadınlarının hüquqlarının qorunması məqsədi ilə hazırlanaraq parlamentə təqdim edilib.
Onun sözlərinə görə, xarici vətəndaşlarla ailə həyatı quran qadınlar öz övladlarının İran vətəndaşı olmasını istəyirlər. Onların bu istəyini inkar etmək olmaz.
Qanun layihəsi səsə qoyulduqdan sonra 20 nəfər əleyhinə, 188 nəfər isə lehinə səs verib və qanun qəbul edilib.
Xatırladaq ki, bu məsələ uzun müddət İran parlamentində mübahisə mövzusu olub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran qanunlarına görə ikili vətəndaşlıq qadağandır. Buna baxmayaraq, sözügedən qanunun qəbulundan sonra xarici vətəndaşla ailə quran iranlı qadınların övladları ikili vətəndaşlığa sahib olacaqlar.Azərtac
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















