Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə yaxındır. Hər il onların sıralarına yeni oğlan və qızlar əlavə olunur. Bu kiçik Azərbaycan icması Macarıstanın müxtəlif guşələrinə yayılsa da, istər ölkəmizin milli bayramlarında, istərsə də həyatlarının əlamətdar günlərində bir yerdə olmağa çalışırlar. Azərbaycanın Budapeştdəki səfirliyi tələbələrlə işi daim diqqət mərkəzində saxlayır. Onların macar cəmiyyətinə adaptasiya olunmalarına, habelə öz aralarında daha sıx ünsiyyət qurmalarına, təhsillərini uğurla davam etdirmələrinə yardım göstərməyə çalışır.
Bu günlərdə səfirlikdə iki tələbə gəncin təntənəli nikah mərasimi keçirilib. Gələcək birgə həyatlarının bünövrəsini Budapeştdə qoymağı qərara alan Budapeşt Biznes Universitetinin tələbələri Rüstəm Aslanlı və Xavər Ələkbərliyə səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib.
Ailə quran gənclərə nikah şəhadətnaməsini təqdim edən səfir Vilayət Quliyev səfirliyin kollektivi adından onlara səmimi təbriklərini çatdırıb, səadət və xoşbəxtlik diləyib. Ailə duyğusunun onlarda məsuliyyət hissini artıracağına da ümidvar olduğunu, təhsili uğurla başa vurub ölkəmizə bacarıqlı mütəxəssislər kimi qayıdacaqlarına inandığını bildirib.
Səfirliyin hər bir azərbaycanlının evi olduğunu vurğulayan səfir gənclərimizin istər təhsil, istərsə də şəxsi həyatlarındakı bütün uğurlara sevindiyini və diplomatik missiyamızın daim hər bir vətəndaşımızın yanında olduğunu xüsusi diqqətə çapdırıb. Azərtac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































