Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə aprelin 29-da akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş "Oftalmologiyanın aktual məsələləri" adlı elmi konfrans keçiriləcək.
Mediainfo.az-a Mərkəzdən verilən məlumata görə, konfransda Milli Oftalmologiya Mərkəzinin və eləcə də, ölkəmizin digər müəssisələrində çalışan alimlər oftalmologiyada baş verən yeniliklərdən və bu sahədəki aktual məsələlər barədə məruzələri ilə çıxış edəcəklər.
Tanınmış alim, Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, bir vaxtlar Azərbaycanda geniş yayılmış traxomanın, dünya miqyasında isə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "İridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" və digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə isə 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifin müəllifi olan görkəmli oftalmoloq yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.
Konfransda, həmçinin oftalmologiyanın ən müxtəlif məsələlərinə dair müzakirələr aparılacaq.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















