"Fransada erməni lobbisinin mütəmadi olaraq Azərbaycanın suverenliyinə göstərdikləri təzyiqləri zərərsizləşdirmək üçün belə bir məktəbin açılması zəruri idi".
Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılması barədə danışan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, Fransada yaşayan Azərbaycan icmaları daha fəaldır: "Birinci Vitse-prezident Mehriban Əliyeva Fransa-Azərbaycan əlaqələrinin inkişafı yolunda böyük töhfələr verib. Nant şəhərində 200-dən çox azərbaycanlı ailəsi yaşayır. Azərbaycan məktəbini oradakı azərbaycanlı icmanın nümayəndələri idarə edirlər. Biz sadəcə olaraq texniki məsələlərdə və mənəvi olaraq onlara yardımçı oluruq.
Fransada fəaliyyətə başlayan Azərbaycan məktəbi ilk analoji məktəb deyil. Ötən il İsveçrənin Bern şəhərində "Qarabağ"adlı ilk məktəbimiz açılıb".
Gələcəkdə digər xarici ölkələrdə də Azərbaycan məktəblərinin açılması haqqında hələ ki, öncədən məlumat vermək istəmirəm. Onu deyə bilərəm ki, bununla bağlı planlarımız çoxdur".
F.Muradov vurğulayıb ki, dünyanın 20-dən çox ölkəsində Azərbaycanın şənbə-bazar məktəbləri fəaliyyət göstərir: "Biz onların fəaliyyətini daha da inkişaf etdirməliyik".(modern.az)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















