İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər.
Həmişəki kimi İsveç paytaxtının mərkəzində yerləşən "Kunqstredqorden" parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.
Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər.
Tədbirin bədii hissəsində yerli ictimaiyyətə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan "Naz eləmə" və "Nəlbəki" Azərbaycan milli rəqsləri böyük marağa səbəb olub.
Tədbirdə, konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər.
Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış "Tumurcuq" Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzviləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər. Milli geyimlərdə olan teatr iştirakçıları Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıblar.(azərtac)
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































