Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, aprelin 7-dən başlayan olimpiada bu ayın 13-dək davam edəcək.
50 ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.
Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici serifikata layiq görülüblər.
Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər.
2012-ci ildən keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. İlk dəfə 2012-ci ildə İngiltərədə reallaşan bu olimpiada ciddi marağa səbəb olub. 2017-ci ildə İsveçrədə keçirilən olimpiadada 43-dən çox ölkə iştirak edib və bu yarışmaya qatılan şagirdlərimiz iki həvəsləndirici serifikata layiq görülüb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















