Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) ilk partiya təşkilatının növbəti iclası keçirilib.
Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında partiyanın tarixindən söz açıb.
Tağı Əhmədov deyib: "YAP 1992-ci il noyabrın 21-də Azərbaycanın məruz qaldığı ağır günlərdə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb və 6 ay sonra iqtidar partiyasına çevrilib, hazırda partiyanın üzvlərinin sayı 700 mindən çoxdur".
O bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun qarşısı alınıb.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institutda YAP-ın ilk partiya təşkilatının fəaliyyəti çox mühüm hadisədir: "İnstitutda "Əliyevşünaslıq" şöbəsi fəaliyyət göstərir".
Yaqub Mahmudov bildirib ki, YAP-ın qurucusu Ulu öndər Heydər Əliyev iki sistemin, yəni sosializm və kapitalizm sistemlərinin zirvəsinə qalxmış nadir tarixi şəxsiyyətdir.
Tağı Əhmədov institutun partiya sıralarına qəbul olunan 16 əməkdaşı ilə ayrı-ayrılıqda tanış olub. Yeni üzvlərin hamısı gənclərdir.
Tədbirdə institutun YAP ilk partiya təşkilatının yeni İdarə Heyəti (İH), İH-nin sədri və sədr müavini seçilib. Yeni sədr institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə, onun müavini isə institutun aparıcı elmi işçisi Sahibə Budaqovadır.
İclasda YAP Yasamal rayon təşkilatının sədr müavini, akademik Qərib Məmmədov və YAP-ın AMEA üzrə kuratoru, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli də iştirak ediblər.
Xatırladaq ki, Tarix İnstitutunda "Beynəlxalq əlaqələr", "Təhsil", "İctimaiyyətlə əlaqələr" şöbələrinin müdirləri, Qadınlar Şurasının sədri gənclərdir, Gənc Alim və Mütəxəssislər Şurasının sədri isə görkəmli alim Rəşad Mustafadır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































