ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev olub.
Rizvan Cəbiyev gəlininin "Anar Nağılbazın qəbrini su basıb" deyə yaydığı xəbərləri təkzib edərək məsələyə aydınlıq gətirib:
"Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Anar onların hamısına dözüb, bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, "Anarın qəbrini su basıb, ora getmək mümkün deyil", - deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər. Burada da var idi, onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. İki gül kimi nəvəm var, amma o uşaqları vasitə edirlər. Onun əleyhinə olsam da, o, pis də, yaxşı da olsa uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Odur ki, Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa o uşaqlar üçün edirəm".
Mərhum reperin atası daha sonra gəlininə böyük məsləhət də verib:
"Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin".
Publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































