Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 467 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 561 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1906 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 964 (437 ərizə, 527 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi məsələləri əhatə edib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















