Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə "Azərbaycan tarixi" adlı layihə həyata keçirməyə başlayıb.
Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Prezident İlham Əliyev Tarix İnstitutunu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Dövlət başçısının göstərişi ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək. İlk buraxılışlar Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli çıxış edib.
Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.
İlk buraxılışın linki: https://www.youtube.com/watch?v=NplMy6k0DuY
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































