Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaş təşkilatçılığı ilə Zamin Səmədovun "Gənclərin gözü ilə tariximiz" foto-layihəsi keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Zamin Səmədov layihə çərçivəsində Lənkəran, Quba, Mingəçevir, Şəki və Bakı şəhərlərində gənclər üçün tədbir keçirərək onların iştirakına da şərait yaradıb. Məlumata görə, həvəskar fotoqraflar Azərbaycanın bir çox bölgələrində çəkdikləri tarixi abidələrin fotolarını müəllif işi olaraq təqdim ediblər. Təşkilatçının sözlərinə görə, layihənin məqsədi həm də unudulmaqda olan tarixi abidələri foto yaddaşa köçürən gənclərə dəstək olmaqdır: "İşimiz bununla yekunlaşmır. Layihənin Facebook və İnstagram səhifələrini də yaratdıq ki, həvəskar fotoqraflar bundan sonra da çəkdikləri fotoları geniş kütləyə təqdim edə bilsinlər. Beləcə biz həm tarixi abidələrimizi, həm də həvəskar fotoqraflarımızı ictimaiyyətə tanıtmış olacağıq".

Ötən gün Bakıda reallaşan yekun tədbirində "Gənclərin gözü ilə tariximiz" foto-layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































