Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təşkil olunan Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, 7 zona (Bakı, Gəncə, Lənkəran şəhərləri, Quba, Şamaxı, Şəki, Salyan rayonları) üzrə keçirilən yarışda ümümilikdə respublikanın 50 rayonundan məktəblilər iştirak edib.
Hər iki nominasiya üzrə I,II,III yeri tutan 214 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib və respublika mərhələsi üçün 42 iş seçilib.
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində "Ekoloji yönümlü və enerji effektli məktəb" müsabiqəsinin zona mərhələsi cari ilin may ayında, yekun tədbir isə iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Festivalda respublikanın 597 ümumtəhsil məktəbindən 4769 nəfər məktəbli iştirak edir.
Respublikanın bütün ümumi təhsil müəssisələrinin qatıldığı festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















