Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş "Müasir Nefrologiyanın aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, "Nefrologiyanın İnkişafına Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edərək, bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir.
Qeyd edək ki, tədbirdə, AR Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri Professor M. Ağayev və M.Cavadzadə adına RKUX-un Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. F.Babayev "Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2018-ci il reqistri", ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov, t.ü.f.d. Mədinə Hacıyeva "Uşaqlarda xronik qlomerulonefritin morfoloji xüsusiyyətləri", -Ə.Əliyev ad. ADHTİ-nun Nefrologiya kafedrasının müdiri, professor Fuad Sərdarlı, dosent Bəxtiyarova L., ass.Həsənov M., ass.Gəncəliyeva Q. "Hamilə qadınlarda yumaqcıq filtrasiya sürətinin təyininin prioritet metodu", Ə. Əliyev ad.ADHTİ-nin Hemodializ laboratoriyasının müdiri, professor, Həmidov İ.M., t.ü.f.d. Ağayev H.A. "Uzun müddət məcburi yataq rejimində olan xəstələrdə sidik turşusu, lipid, kalsium mübadilələrinin və parathormon səviyyəsinin tədqiqi", Həziyev E.İ. "Onkoloji xəstəliklərin kimyəvi preparatlarla müalicəsi zamanı böyrəklərin zədələnməsi", R.F. Heydərov adına DİN Hospitalının Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. Əhədov.... B "XX zamanı Hiperurikemiya Ürək-Damar ağırlaşmalarının risk faktoru kimi", assisitent İsmayılova Ş.Q. "BXX zamanı C virusu Hepatitinin 2018-ci il KDİGO tövsiyələrinə əsasən müalicə prinsipləri", Fərəcov E.İ. "Amiloid Nefropatiyası", Əsgərli Ş.R., Həsənova L.Ə. "Hemoreologiyanın yaxşılaşdırılmasının böyrəklərin xronik xəstəliyinin konservativ müalicəsində rolu", Nağdəliyev T.K. "Hemodializ xəstələrində arterial hipertenziyanın müalicəsi" assistent İbişova A.V. "Punksion böyrək biopsiyasında yetərlilik kriteriyalarının morfoloji meyarları", Quluzadə X.M. "Autosom Dominant Böyrək Polikistozunun müalicəsinə yeni yanaşma", Dos.Bəxtiyarova L.B., Prof. Sərdarlı F.Z., Həsənova M.Q., Sərdarova E.A. "Hepato-renal sindrom (kliniki müşahidə)", Ənnağıyev Ə.Y., Cəlalov M.R. "Hemodializ müalicəsi alan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsində Pittsburq yuxu keyfiyyət indeksinin təyini" mövzularında çıxışlar ediblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































