Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə tarix fakültəsində "100 yaşlı tarix fakültəsinin məzunları" layihəsinə başlanılıb.
Layihənin ilk qonağı tarix fakültəsinin 1962-ci il məzunu, 1994-2004-cü illərdə dekan olmuş, qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov olub.
Dekan Azad Rzayev layihə barədə ətraflı məlumat verib.
Fakültənin tarixi barədə danışan A.Rzayev 100 illik fəaliyyəti dövründə fakültənin görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu qeyd edib. Dekan dünya şöhrətli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olduğunu sonsuz qürur hissi ilə diqqətə çatdırıb.
Akademik Yaqub Mahmudov tələbəlik xatirələrindən, Azərbaycan tarix elmindəki mövcud vəziyyətdən, hazırda rəhbəri olduğu AMEA-nın Tarix İnstitutunda görülən işlərdən söz açıb.
Tədbir çərçivəsində akademikin əsərlərinin sərgisi də təşkil olunub. Tədbirdən sonra kitablar tarix fakültəsinə hədiyyə edilib.
Qeyd edək ki, "100 yaşlı tarix fakültəsinin məzunları" layihəsinin rəhbəri tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, əlaqələndiriciləri isə dosentlər Səidə Quliyeva, Sevinc Ruintən, tarix fakültəsinin tələbə həmkarlar təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.Azərtac
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















