Amerikalı tələbə öz nişanlısının məzarını gəlinlikdə ziyarət edib.
Tenessi ştatının Neşvill şəhərinin sakini olan 24 yaşlı Məhəmməd Şərifi Xbox oyun aparatını satmaq üçün Facebook-dan tapdığı müştəri ilə razılaşıb. Amma alıcı ilə görüş zamanı aralarında mübahisə yaranıb və 20 yaşlı alıcı Şərifini güllələyərək, öldürüb.
Məhəmməd Şərifi nişanlı imiş. Onun toy günü də təyin olunubmuş.
Məhəmmədin İran mənşəli 22 yaşlı sevgilisi Sara Beluci hadisədən 2 həftə sonra onun məzarı üstünə gəlib. Məhz ziyarət günü onların toy mərasimi təyin olunubmuş. Sara Belucinin nişanlısının məzarını gəlinlik paltarında ziyarət etməsi ABŞ mətbuatında təsirli hadisə kimi işıqlandırılıb.

Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var























































