Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanda tarix elminin inkişafında, milli-mədəni irsimizin qorunub saxlanmasında böyük xidmətlərinə, ölkəmizdə layiqli, yüksək mədəniyyətli insanlar cəmiyyətinin formalaşdırılmasına və inkişafına verdiyi töhfəyə, vətənpərvərliyinə və yüksək şəxsi mədəniyyətinə görə "Simurq" beynəlxalq medalı ilə təltif edilib.

Mediainfo.az-a Tarix İnstitutundan verilən məlumata görə, bu medalı Elmi Şuranın iclasında "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov təqdim edib.
Yaqub Mahmudov bildirib ki, azərbaycanlı alimlər bütün dünyaya yayılıb və olduqları yerlərdə mədəniyyətin inkişafına töhfə veriblər: "Tarix İnstitutu məktəblilər arasında "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsini həyata keçirir. İnstitut ilə "Bakı-İstanbul" liseyi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Alimlərimiz liseyin şagirdlərinə ustad dərsləri keçəcək".

Tədbirdə "Bakı-İstanbul" liseyinin direktoru Zeliha Abdullayeva çıxış edərək, lisey barədə tarixçi alimlərə ətraflı məlumat verib.
Bildirilib ki, Tarix İnstitutu "Bakı-İstanbul" liseyinə elmi dəstək verəcək və liseydə institutun nəşrlərinin təqdimatı olacaq.

Tarixçi alimlər qeyd ediblər ki, Tarix İnstitutu Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. İnstituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. İnstitutun təşəbbüsü ilə 2018-ci ildə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Yaxınlarda isə Misir, Ukrayna, Çin və digər ölkələrdə də belə mərkəzlərin yaradılması nəzərdə tutulub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































